7 May 2015 23:24
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat partiyasının bir qrup üzvü partiyanın indiki rəhbərliyinin apardığı siyasətə etiraz məqsədilə qərargaha toplaşdı. Qərargahdakı zalın qapılarını açmadıqlarından məcbur olub qərargahın önündə etiraz yığıncağı keçirdilər. Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar: satqındırlar, agentura şəbəkəsidirlər, sifariş yerinə yetirirlər və daha nələr".

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasından xaric edilən Vurğun Əyyub
bir neçə gün öncə tərəfdarlarının partiya qərargahı önündə keçirdiyi aksiyaya münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, etiraz edənlərin əksəriyyəti Müsavat Partiyasının yolunda böyük əziyyət çəkiblər: "Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, möhkəmlədən, yaşadan, partiya rəhbərliyini polis dəyənəyindən canları hesabına qoruyanlar, liderlərinə “Primakov agenti”, “qorxaq”, “iradəsiz!, “satqın” böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?"

Ayxan


Müəllif:

Oxşar xəbərlər