18 May 2015 17:19
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Klaypeda şəhərinə səfər edib. Səfər çərçivəsində o, şəhərin meri Vitautas Qrubliauskasla görüşüb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, V.Qrubliauskasa Azərbaycan-Litva əlaqələrinə dair məlumat verən səfir Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğunu, Klaypeda şəhəri ilə də bu təcrübənin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Xalqların biri-birini tanımaqda, daha da yaxınlaşmaqda mədəniyyətin və incəsənətin mühüm rolunu nəzərə alaraq, bu istiqamətdə işlərin aparılması, artıq baş tutmuş və planlaşdırılan yeni mədəniyyət məsələləri müzakirə edilib.

Sonra səfir Klaypeda Limanının baş direktoru Arvidas Vaytkusla görüşüb. Görüşdə səfir Azərbaycanda dənizçilik və yeni beynəlxalq limanın inşası barədə ətraflı məlumat verib. A. Vaytkus rəhbərlik etdiyi limanın potensial və imkanları, yeni layihələr və planlar, infrastruktur və inkişaf barədə səfirə məlumat verib, mümkün əməkdaşlığın istiqamətləri haqqında fikirləri ilə bölüşüb. Bu mövzularda aparılmış danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə edilib.

Görüşlərdə Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasında Azərbaycan diasporunun təmsilçisi Əliağa Məmmədov da iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər