26 May 2015 15:53
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hər zaman təxribatlara əl atır”.

Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, ilk Avropa Oyunları ərəfəsində erməni tərəfinin cəbhə xəttində təxribatlara əl atması istisna deyil. Onun sözlərinə görə, işğalçı dövlət belə addımlarını dəfələrlə nümayiş etdirib.

“Danışıqlar prosesinin irəli getməməsi üçün Ermənistan həmişə təxribatlar törədib. Riqada keçirilən Şərq Tərəfdaşlığı sammitində Serj Sarkisyanın çıxışı bir daha sübut edir ki, o, sülh istəmir. Ona görə də, işğalçı tərəfə qarşı beynəlxalq müstəvidə ciddi addımlar atılmalıdır”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər