“Ermənistanda vəziyyət gec-tez dəyişəcək. Çünki xalqın güvənmədiyi, inanmadığı bir qrupun idarəçiliyi uçuruma yuvarlanmalı idi və bu gün həmin durum göz önündədir”. Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, Sərkisyan və onun rejimi tamamilə kənardan idarə olunan, saxta yolla hakimiyyətə gələn bir qrupdur. Onun sözlərinə görə, Sərkisyanın apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb.
“Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla, piketlərlə ifadə etməyə vadar olub. Təbii ki, Ermənistan xalqı öz sözünü deməklə kənardan idarə olunan bu qrupu hakimiyyətdən getməyə təhrik edəcək ki, bu gün də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək”, – deyə F.Ağamalı qeyd edib.
Səxavət