24 İyul 2015 14:43
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Ramiz Alıyev "Strateji Araşdırmalar İnstitutu"nun rəhbəri olub.

R.Alıyev Teleqraf.com-a "Strateji Araşdırmalar İnstitutu"nun məqsədi və görəcəyi işlərə barədə məlumat verib:

“Qarşıda duran məqsəd yalnız ölkə səviyyəsində deyil, beynəlxalq əlaqələrimizdən də istifadə edib daha geniş şəkildə ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməkdir. Bu asan bir proses olmasa da qarşımıza qoyduğumuz məqsədə çatmalıyıq. Ona görə də savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanmağı düşünürük. Eyni zamanda onu deyə bilərəm ki, vətənpərvər, dövlətinə bağlı savadlı araşdırmaçı gənclərə aramızda xüsusi yer veriləcək. "Strateji Araşdırmalar İnstitutun"a ixtisası siyasət, tarix, iqtisadiyyat, hüquq, jurnalistika olan peşəkarlar cəlb ediləcək. Xarici mətbuatda ölkəmizin təbliği üçün müxtəlif məqalə və yazıların müəllifi olan KİV nümayəndələri ilə, xaricdə yaşayıb ölkəmizin təbliğatçısı olanlarla sıx əməkdaşlıq edərək bu imkanlarımızı genişləndirib birlikdə yararlanmağı düşünürük. Təbii ki, müxtəlif hadisələrlə bağlı siyasi araşdırmalar, təhlillər apararaq yerli və xarici mətbuata çıxmağı da planlaşdırmışıq. Ümid edirəm ki, dövlət və dövlətçiliyimizin qorunmasında hər bir çətinliyin qarşısında duruş gətirməliyik. Əsas məqsədimiz hər zamankı kimi dövlətçiliyə xidmət , Cənab Prezidentin apardığı uğurlu siyasətə dəstək olaraq ölkəmizin təbliğatını gücləndirmək olacaq. Düşünürəm ki, bu da hər birimizin ən ali borcudur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər