28 May 2014 12:03
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında çərşənbə günü yerləşdirilmiş məlumatda bildirilir.

"Tədbir Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayətinin nümayəndə heyətlərinin ölkəyə səfəri çərçivəsində keçirilir. Azərbaycanlı sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar".

Rusiya MDB-də Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir.

2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi 10 faizdən çox artaraq 2,6 milyard dollara yaxın olub. Cari ilin 4 ayı ərzində onun həcmi 584,08 milyon dollar olub.


Müəllif: