ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın Azərbaycana səfəri başlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.
Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur.