14 Dekabr 2015 17:16
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə "Psixoloji yardım haqqında" qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması gözlənilir.


Teleqraf.com xəbər verir ki, bu haqda MM-in yeni Səhiyyə komitəsinin ilk iclasında məlumat verilib.

Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov belə bir qanun layihəsinə ehtiyac duyulduğunu qeyd edib və xatırladıb ki, bunun da təşəbbüsçüsü millət vəkili Musa Quliyevdir. Musa Quliyev isə öz növbəsində qeyd edib ki, təxminən 3 il öncə belə bir təkliflə çıxış edib və yenə də öz mövqeyində qalır: "Hesab edirəm ki, bu yöndə də qanun layihəsinin hazırlanması və müzakirə çıxarılaraq qəbuluna ciddi ehtiyac var. Biz belə bir qanun layihəsini hazırlayıb yaz sessiyasınıda ilk öncə komitəmizdə geniş müzakirələr apara, sonra isə onu plenar iclasa təqdim edə bilərik”.


Nemət


Müəllif:

Oxşar xəbərlər