2 Fevral 2016 23:08
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ATƏT-in Minsk qrupunun işindən narazıdır. Minsk qrupu bütün bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə edə bilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə birgə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır", - deyə XİN rəhbəri bildirib və ATƏT-in Minsk qrupu həmsədrlərini bu istiqamətdə fəaliyyətlərini gücləndirməyə çağırıb.

"BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçünü təmsil edən Minsk qrupu həmsədrləri Şuranın müvafiq qətnamələrinin icrasını təmin etməlidirlər", - deyə XİN rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz narazılığını həmsədr ölkələrin xarici siyasət idarələrinə çatdırıb: "Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur".

Elmar Məmmədyarov vurğulayıb ki, Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir: “Rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir. Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb: "Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik".


Müəllif:

Oxşar xəbərlər