7 Aprel 2016 12:35
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə müraciət edilib.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi ilə bağlı petisiya layihəsinin icrasına start verilməsi ilə bağlı mətbuat konfransı keçirilir.

Tədbirdə çıxış edən Elxan Süleymanov bildirib ki, müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi irəli sürülüb. Onun sözlərinə görə, informasiya verərkən diqqətli olmaq lazımdır: "Yanlış informasiyalardan düşmən məharətlə istifadə edir".

Deputat söyləyib ki, beynəlxalq təşkilatlar çalışır ki, torpaqlarımızı unutdursunlar: "Beynəlxalq qurumların Azərbaycanı antidemokratik dövlət kimi baxmaqda məqsədləri torpaqlarımızı unutdurmaq üçündür. Ona görə ölkəmizə qarşı böhtanlar atılır. Azərbaycan Ordusunun bir neçə zirvəni işğaldan azad etməsi Dağlıq Qarabağla bağlı danışıqlarda yeni impuls verdi. Dünya münaqişənin həllini Minsk qrupuna həvalə edib. Minsk qrupu isə əvvəlki vədlərini verir. Dünənki bəyanatlarında da həmsədrlər 23 illik vədləri irəli sürdülər. Artıq səbr kasamız daşıb. Heç kəs Ermənistanı günahkar saymır. 23 ildə olan yalanlara necə qulaq asaq? Biz 3 təpə alan kimi dünya erməninin müdafiəsinə qalxdı, din qardaşları birləşdi. Ermənistan anlamalıdır ki, Azərbaycan torpaqlarının xilasından əl çəkən deyil".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər