“Turizm haqqında” yeni qanun layihəsini qəbul etmək istəyirik. Amma qanun layihəsinin həcmi çox böyükdür”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri əlavə edib ki, qanun layihəsini nə qədər qısaltmağa, çözməyə, cilalamağa çalışsalar da, sahə mütəxəssisləri, müvafiq nazirliyin əməkdaşları buna etiraz ediblər.
Hadı Rəcəbli əlavə edib ki, qanun layihəsini bu ayın sonları, ən geci mayın birinci ongünlüyündə yenidən müzakirə etmək və onun təkrar rəyə göndərmək mümkündür: “Özü də onu vaxtilə mənfi rəy vermiş təşkilatlara təkrar rəyə göndərməliyik ki, bir daha öz fikirlərini bildirsinlər.”
Komitənin üzvü Rauf Əliyev qanun layihəsinin qəbulunun vacibliyini qeyd etməklə yanaşı, öz iradlarını da səsləndirib. O, xüsusilə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun ünvanına iradını səsləndirib: “Mənim hörmətli nazirimiz Əbülfəz müəllimə böyük hörmətim var, amma onun müavininin demək olar ki, turizmdən xəbəri belə yoxdur”.
Nazir müavini ilə bağlı növbəti irad deputat Araz Əlizadədən gəlib: “Biz keçən dəfə otellərlə bağlı öz fikirlərimizi, iradlarımızı səsləndirəndə, o, dedi ki, özləri necə istəyirlər ulduz yapışdırırlar. Ay qardaş, otellərə ulduzları siz verirsiniz, siz kimdən şikayətlənirsiniz?”.
Araz Əlizadə daha sonra deyib ki, qanun layihəsi kitaba bənzəyir: “Qanun praktik fəaliyyət üçündür, ancaq turizmlə bağlı qanun layihəsi başdan-ayağa nəzəriyyədir, kitabdır, oradan-buradan toplayıblar və parlamentə göndəriblər ki, siz işləyin. Belə qanun olmaz”.
Nemət