Yeni mövsümə hazırlıqlarını davam etdirən Türkiyənin “Fənərbaxça” klubu yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Teleqraf.com-un məlumatına görə, İstanbul təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb.
Tükiyədə keçirilən oyun “Fənərbaxça”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Emenike, Ramzan Civelek və Melih Okutan vurub.