25 İyun 2014 15:59
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağacan Abıyev: “Azərbaycanda beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilir”

“Azərbaycanda beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilir. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi olimpiya ailəsində böyük inam yaradıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abıyev deyib.

A.Abıyev bildirib ki, Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlər qazana bilib. Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bir daha vurğulayaq ki, Azərbaycana olan böyük inamdır. Azərbaycan heç şübhəsiz, bu sınaqdan da uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən ölkəmiz hər şeyə qadirdir.

Azərbaycanda indiyədək keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir”.

Səxavət


Müəllif: