16 Sentyabr 2016 08:16
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın gənc hücumçusu Alvaro Morata "Yuventus"a qarşı münasibətini ifadə edib. Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard Turini ikinci evi kimi dəyərləndirib.

"Yuventus"dan getmək mənim üçün ağır idi. "Yuve" ikinci evimdir. Onlara "Real"dan başqa bütün klublarla oyunlarında qələbə arzu edirəm. "Real" məni geri qaytarmaq istədi, mənsə peşəkaram. A Seriyasının ən yaxşı klubunda oynamışam. Agentimlə "Napoli" nümayəndələri əlaqə saxlamışdı. Amma "Yuventus"a hörmətimə görə Neapol klubuna heç vaxt getmərəm".


Müəllif:

Oxşar xəbərlər