5 Oktyabr 2016 17:25
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabvenin “Xvanqe” klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasından (FİFPro) bildirilib.

Klub rəhbərliyinin əmək haqlarının ödənilməsi ilə bağlı bütün əvvəlki tələblərə əhəmiyyət qoymaması futbolçuların tətil elan etməsi ilə nəticələnib. Aksiyanı Zimbabve Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır. Lakin klub rəhbərliyi rəsmi təşkilatın da sorğularına etinasızlıq göstərir.

Qeyd olunur ki, komandanın futbolçuları iki ildir əmək haqqı borclarını ala bilmirlər.

Klubun iki il ərzində (2015, 2016) hər futbolçuya 2750 dollar borcu yaranıb.


Müəllif: