25 Oktyabr 2016 18:25
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi keçirilib.

Teleqraf.com xəbər verir ki, birincilikdə 110 idmançı mübarizə aparıb.

Yarışda Sabir Ağayev (48 kq), Sübhan İsrafilov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Fuad Məmmədov (62 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq), Zöhrab Qurbanov (82 kq), Cavid Muradov (90 kq), Elvin Tarverdiyev (100 kq) və Hüseyn Quliyev (100 kq-dan yuxarı) qızıl medala sahib olublar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.


Müəllif:

Oxşar xəbərlər