"Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda "Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşi vurmağa cəhd edən Tiranı məşqlərdən kənarlaşdırıb.
"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.