13 İyul 2014 21:12
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya futbolunun canlı əfsanələrindən olan Raul Qonzales DÇ-2014-ün finalında bu gecə baş tutacaq Almaniya – Argentina oyunu haqda fikirlərini bildirib.

"Real"ın sabiq futbolçusu hər baxımdan Almaniyanı Argentinadan üstün saydığını deyib:

“Əslində dünya çempionatının finalında favorit olmur. Ancaq bu deyim Braziliyada öz qüvvəsini itirdi. Yarimfinal oyununu izləyən hər kəs Almaniyanın favorit olduğunu başa düşməlidir. Almanlar çoxdandır ki, bu anı gözləyirlər. Onların şansı daha çoxdur. Yoahim Lövün komandasında orta xətdə hər kəs qol vura bilir. Müdafiələri də əla təsir bağışlayır. Altı oyunda dörd qol buraxıblar. Məncə, onlar aşkar favoritdir”.

Argentina millisinin Messidən asılı olacağını bildirən təcrübəli ftubolçu bu dəfə onun da işinin asan olmayacağını qeyd edib: “Messi ardıcıl dörd dəfə oyunda yaxşı çıxış etsə də, sonradan formasını itirdi. Almaniya ilə oyunda isə meydanda rahat hərəkət edə bilməyəcək”./qol.az/


Müəllif: