16 May 2017 12:29
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançısı Qaşım Maqomedov IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında ikinci qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, “Bakı-2017”də 54 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionatının gümüş medalçısı Qaşım Maqomedov ikinci döyüşündə özbəkistanlı Şukrob Bobobekovlə qarşılaşıb.

Görüşün əsas vaxtı 22:22 hesablı bərabərliklə başa çatdığından cütlüyün taleyini qızıl xal həll edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər