Teleqraf.com-un məlumatına görə, bürünc medal uğrunda görüşdə Azərbaycanın kişi idmançılardan ibarət millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Daha dəqiq oyun nümayiş etdirən stolüstü tennisçilərimiz qələbə qazanıblar - 3:1.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.