12 İyun 2017 01:12
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kataloniyanın İspaniyanın tərkibində qalıb-qalmaması məqsədilə keçiriləcək referendumla bağlı təşkil edilən mitinqdə iştirak edib.

Teleqraf.com "Qol.az"a istinadən xəbər verir ki, o Kataloniya əhalisinin bu il oktyabrın 1-nə təyin edilən səsvermədə İspaniyanın tərkibindən çıxmaq və öz gələcəyi üçün səs verəcəyini bildirib. "İspaniya istəməsə belə, biz bunu edəcəyik" – deyə Qvardiola bildirib.

"Biz 18 dəfə referendum keçirmək istəmişik, amma hər dəfə bunun qarşısını alıblar. Bununla da Kataloniya əhalisinin 80 faizinin müstəqilliklərinə dəstək verməsinin qarşısını alıblar. Amma artıq bizim başqa yolumuz yoxdur. Səs verməliyik".

Qeyd edək ki, İspaniya dövləti oktyabrın 1-nə təyin edilən referendumu qanunsuz hesab edir.


Müəllif: Teleqraf.com