18 İyul 2017 09:13
803

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçi vəzifəsinə təyin olunduğu "El-Fudjayre" klubunda işə başlayıb.

Komanda onun rəhbərliyi altında ilk məşqə çıxıb.

Qeyd edək ki, D.Maradona may ayında Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan sözügedən klubla 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Maradona son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı. /Qol.az/


Müəllif: Teleqraf.com