“Qarabağ” futbol komandası qalib gəldiyi gün axşam yeməyində onu bu formada qeyd etdik. Aparıcıya “Devuşki iz Azerbaycanskoqo Karabaxa” (“Azərbaycan Qarabağından qızlar”) dedizdirib, ayağa qalxdıq. Gürcüstanda restoranda idik, ermənilər də orda oturub yeyib-içirdilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova sosial şəbəkədə yazıb.
O, aparıcı həmkarları Afaq Gəncəli və Nərgiz Məmmədova ilə Gürcüstanda rəqs etdikləri video və fotonu paylaşaraq, bunları qeyd edib: “Hər yerdə Azərbaycan mahnıları sifariş edib, onlara nə oynamağa, nə də öz musiqilərindən sifariş etməyə imkan verirdik. Onlar çox idilər, yeyib-içirdilər, sərxoş olduqları üçün dava da düşə bilərdi. Bunları gözə alıb, bütün gecəni öz mahnılarımızı sifariş verdik”.