Uruqvay Futbol Assosiasiyası (AUF) AFFA-ya milli komandalar arasında yoldaşlıq görüşü keçirməyi təklif edib.
Oyunun dünya çempionatı ərəfəsində, iyunun 3-ü tarixində Uruqvayda keçirilməsi təklif olunub. Ancaq AFFA-nı bu tarix qane etmədiyindən, federasiya təklifi qəbul etməyib.
Qeyd edək ki, millimiz mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu şəhərdən Uruqvaya 10 saatlıq uçuş vaxtı ərzində çatmaq mümkündü.