21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Kosova yığmasını qəbul edib. "Dalğa Arena"da baş tutmuş qarşılaşmada qalib müəyyənləşməyib - 0:0. Azərbaycan millisi görüşü 9 oyunçu ilə başa vurub. 87-ci dəqiqədə Anton Krivotsyuk, 90+4-cü dəqiqədə isə İlkin Sadıqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.
Bu heç-heçə sayəsində Azərbaycan yığması qrup mərhələsində ilk xalını qazanıb. 5 oyundan sonra Ələkbərovun komandası 1 xalla sonuncu pillədə qərarlaşıb. Kosova isə 7 xalla 4-cüdür.
Qeyd edək ki, Azərbaycan millisi beş gün əvvəl evdə Almaniyaya 0:7, səfərdə 1:6, səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.
AVRO-2019-un seçmə mərhələsi
V qrup
14 noyabr
18:00. Azərbaycan - Kosovo 0:0
Qırmızı vərəqələr: Anton Krivotsyuk, 87. İlkin Sadıqov, 90+4 (hər ikisi Azərbaycan)
Xal durumu: İrlandiya - 10, Almaniya - 9, İsrail - 7, Kosova - 7, Norveç - 5, Azərbaycan - 1./Report/