18 Noyabr 2017 00:53
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava baş verib.

Buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları "Qarabağ Ordusu" azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb./Yenicag.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər