Fransanın Birinci Liqasında çıxış edən PSJ klubunun futbolçusu Dani Alveşə 3 oyunluq cəza verilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fransa Futbol Federasiyası məlumat verib.
Buna səbəb Alveşin "Lyon" ilə oyunun 57-ci dəqiqəsində qırmızı kart alması və bundan sonra hakimi təhqir etməsi olub.