Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin komandası Rusiya Premyer Liqasının V turunda növbəti dəfə məğlub olub.
Teleqraf.com xəbər verir ki, "Krılya Sovetov" Tümenə yollandığı səfər matçında Krasnoyarsk "Yenisey"inə 0:1 hesabı ilə uduzub.
Oyunda yeganə qolu 44-cü dəqiqədə Mixail Kostükov vurub.
"Krılya" matçın yarıdan çoxunu azlıqda keçirib. 35-ci dəqiqədə Oleq Lanin ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Ramil Şeydayev komandanın heyətində yer almayıb.
"Krılya Sovetov" hazırda 5 oyuna 4 xalla axırdan ikinci – 15-ci yerdə qərarlaşıb. Andrey Tixonovun yetirmələri növbəti matçı sentyabrın 1-i "Samara Arena"da Mahaçqala "Anji"sinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Rusiya Premyer Liqası. 5-ci tur
"Yenisey" – "Krılya Sovetov" - 1:0
Qol: 1:0 – Kostükov – 44