10 Oktyabr 2018 21:30
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Putin idmançını Konor Makqreqor üzərində qələbə münasibəti ilə təbrik edib.

Putin idmançını "Səni təbrik edirəm" sözləri ilə salamlayıb. Ölkə başçısı Həbibin Konor Makqreqor üzərində qələbəsini layiqli və ədalətli adlandırıb.

Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib. Putin ata Nurməhəmmədovdan oğlunu cəzalandırmamağı istəyib.


Müəllif: Teleqraf.com