İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu PSJ-də çıxış edən Neymarın geri qayıdacağı haqqında çıxan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Bartomeu braziliyalının transferində maraqlı olmadıqlarını və yayılan məlumatların əsassız olduğunu deyib. 55 yaşlı klub prezidenti Neymarın qayıdışı ilə bağlı heç kimlə danışıqlar aparmadığını da qeyd edib.
Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub.