Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası rəqibini paytaxt Bakıda qəbul edəcək.
Bundan öncə iki görüşdə uduzan hər iki komanda bugünkü qarşılaşmada ilk xalını qazanmağa çalışacaq. Oyun saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Baş hakim israilli Roi Reinshreiber olacaq.