9 Mart 2019 22:14
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olaraq (1:3) mübarizəni dayandıran PSJ, növbəti mövsüm üçün transfer planlarını hazırlayır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yay transfer dövrü üçün ilk hədəfi “Barselona”nın futbolçusu Filippe Koutinyodur. 26 yaşlı futbolçunun qış transfer dövründə Fransa klubunun təklifini rədd etdiyi, amma mövsümün sonunda danışıqlar masasına otura biləcəyi deyilir.

PSJ-nin braziliyalı vinger üçün 270 milyon avronu gözdən çıxardığı bildirilir.

Kataloniya klubu ilə 2023-cü ilədək müqaviləsi olan “sambaçı”, bu mövsüm iştirak etdiyi 38 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər