10 Mart 2019 22:10
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Premyer Liqanın 20-ci turunda “Sumqayıt”ın qapısına qələbə qolunu vuran gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib:

“Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq. Qolu kimin vurmaÇöl şəklisı önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com