7 Aprel 2019 23:43
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.

Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər