Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-ci turun son oyunu ilə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" debütant "Sabah"ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Əmir Ağayev vurub.
Bununla da "Sumqayıt" xallarını 26-ya çatdırıb. 20 xalla sonuncu olan "Keşlə" isə elitanı tərk edib.