14 May 2019 22:25
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis istefa verib. O, komandanın uğurlu nəticə əldə edə bilmədiyi üçün bu aadımı atdığını bildirib.

Ötən ilin oktyabrın ayından Dənizlinin rəhbərlik etdiyi komanda 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb

Qeyd edək ki, M.Dənizli 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.


Müəllif: Teleqraf.com