2 İyun 2019 00:28
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Zirə"nin yeni transferi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Paytaxt təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşən təcrübəli yarımmüdafiəçi təklif olunan şərtlərin onu qane etdiyini bildirib:

"Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığıma görə şadam".

Qeyd edək ki, Cavid bu gün "Qəbələ" ilə yollarını ayırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər