13 Avqust 2019 22:38
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edir.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2

Qol: De Vinsente, 34-pen. Uroş Matiç, 68

Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.


Müəllif: Teleqraf.com