Bu gün Azərbaycan Premyer Liqasına start verilib.
Teleqraf.com xəbər verir ki, ilk görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Ötən mövsümün autsayderlərindən olan "Keşlə" dəyişməz Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib.
74-cü dəqiqədə nominal meydan sahibləri azlıqda qalıb. İkinci hissədə meydana çıxmış Emin Mehdiyev baş hakim Orxan Məmmədovun göstərdiyi ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bundan dörd dəqiqə sonra "Qarabağ" qələbə topunu vurub. İsmayıl İbrahimli 78-ci dəqiqədə fərqlənib. Bu ildən əsas komandaya qoşulan gənc futbolçu "Qarabağ"da ilk qolunu vurub.
Qeyd edək ki, turun digər üç görüşü 17-19 avqust tarixlərində keçiriləcək.