7 Oktyabr 2019 15:34
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmyerlilərimizin Moskvada yaratdığı və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu birincilikdə növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, “Xəzər Lənkəran Moskva” bu dəfə “Master A” ilə üz-üzə gəlib.

Rəqibin heyətində bir neçə erməni futbolçu çıxış edib, onlardan biri isə komandanın kapitanı olub.

Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyununda yaşanan qalmaqaldan sonra “Xəzər Lənkəran Moskva” erməninin kapitanı olduğu komanda ilə görüşdə maraqlı addım atıb.

Komanda üzvləri meydana əllərində “Карабах наш” (“Qarabağ bizimdir”) sözləri yazılan pankartlarla çıxıblar.

Qeyd edək ki, görüş “Xəzər Lənkəran” Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Leyla