12 Oktyabr 2019 08:37
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın futbol üzrə milli komandasının hücumçusu Kriştianu Ronaldu nadir uğura imza atıb.

Teleqraf.com xəbər verir ki, hücumçu futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda qolla yadda qalıb. Bu, onun peşəkar karyerasında 700-cü qoludur.

Qeyd edilir ki, "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.


Müəllif: Teleqraf.com