13 Oktyabr 2019 20:29
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandası Macarıstan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl daha bir futbolçu itkisi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, "Qarabağ"dan dəvət almış cinah oyunçusu Abbas Hüseynov topuq nahiyəsindən zədələnib. Bu səbəbdən, 24 yaşlı oyunçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Daha əvvəl Səlahət Ağayev və Mahir Emreli zədəli, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı olduqları üçün yığmadan kənarda qalıblar.

Qeyd edək ki, "Groupama Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


Müəllif: Teleqraf.com