22 Oktyabr 2019 17:27
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, artıq 25 min bilet sahibini tapıb.

Matç üçün ən ucuz bilet 2 manatadır. Satışda 5 manat, 10 manat, 15 manat, 50 manat və VİP sektor üçün 70 manata biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iTicket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.


Müəllif: Teleqraf.com