1 Dekabr 2019 15:52
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" Premyer Liqada ardıcıl 31 matçda məğlub olmamaqla rekordunu yeniləyib.

Teleqraf.com xəbər verir ki, "mersesaydlılar" 11 aydır uduzmur. İngiltərə klubu bu nəticə ilə 31 il öncəki - 1987-1988-ci illər mövsümündəki rekordunu yeniləyib. "Qırmızılar" növbəti turda "Everton"a məğlub olmasalar, klub tarixinin yeni rekordunu müəyyənləşdirəcəklər.

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 40 xalla vahid liderdir.


Müəllif: Teleqraf.com