İngiltərə milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun sabiq hücumçusu Deniel Starric futboldan uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, futbolçuya qarşı yönəlmiş bu cəza iyunun 17-dək qüvvədə qalacaq.
Starrici pul qoyuluşu barədə qaydaları pozmaqda günahkar bilinir. Ona dörd həftəsi şərti olmaqla, altı həftə müddətinə diskvalifikasiya və 150 min funt sterlinq (170 min avro) cərimə cəzası kəsilib.