"Yuventus"un futbolçusu Kriştianu Ronaldonun anası Dolores Aveyru xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, onun sağlamlığı ilə bağlı təhlükənin olmadığı bildirilib.
Qeyd edək ki, Dolores Aveyru martın əvvəlində insult keçirib və Madeyrada əməliyyat olunub.