Yeni mövsümdən 21 yaşlı ukraynalı Andrey Lunin “Real”ın ikinci qapıçısı olacaq.
Teleqraf.com xəbər verir ki, bu qərar klubun iqtisadi vəziyyətinə görə verilib. Hazırda ikinci qapıçı olan Alfonso Areolya ilinə 2,7 milyon avro qazanır. Luninin maaşı isə iki dəfə azdır (1,35 milyon).
Bu mövsüm başa çatdıqdan sonra Areolya müqavilə ilə məxsus olduğu PSJ-yə, Lunin isə “Real Ovyedo”dan “Real” Madridə qayıdacaq.