Qadın hakim kəllə-beyin travması alıb .
Hadisə Argentinada futbol matçı zamanı baş verib. Publika.az xəbər verir ki, qarşılaşma zamanı futbolçulardan biri topa qüvvətli zərbə vurub. Top oyunun xanım hakimi Salomi Di Lorionun sifətinə dəyib.
Zərb çox güclü olub, hakim müvazinətini saxlaya bilməyib. O, zərbənin gücündən yerə yıxılıb və oyunu davam etdirə bilməyib. Xəstəxanaya aparılan referinin kəllə-beyin travması aldığı aşkarlanıb.
Oyunun qalan bölümünü ehtiyat hakim idarə edib. Argentinanın D liqasında keçirilən "Liniers" - "Centro Espanyol" klubları arasındakı matç qonaq komandanın 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.