Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsindədir.
Ağdam təmsilçisinin Niderland əsilli vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 yığmasında 1 oyun keçirib.