12 İyul 2020 19:55
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı hücumçu Neymar böyük ehtimalla 2019/2020 mövsümündən sonra "Pari Sen-Jermen"də çıxış etməkdə davam edəcək.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı futbolçu "Barselona"ya qayıtmaq istəyir, ancaq kataloniyalıların rəhbərliyi bu yayda onu əldə etmək cəhdlərindən əl çəkib.

Məlumata görə, koronavirus pandemiyasına qədər "Barselona"nın futbolçunu transfer etmək şansı yaxşı olub. Amma hazırkı maliyyə itkiləri bunu praktiki olaraq qeyri-mümkün edib.

Daha əvvəl Neymarla maraqlanmış Madrid "Real"ı da həmçinin ən yaxın mövsümlərarası dövrdə braziliyalının əldə edilməsi imkanını nəzərdən keçirmir.

Neymarın PSJ ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Fransanın Liqasının hazırkı çempionları hücumçu ilə razılaşmanın müddətini uzatmaq istəyirlər.


Müəllif: Teleqraf.com